Bu bölmə şirkətimizin bütün əməliyyatlarının yerli və beynəlxalq hüquqi tələblərə, həmçinin daxili etik standartlara uyğun şəkildə aparılmasını təmin edir.
Müştəri məmnuniyyətini artırmaq və etik standart və dəyərlərə sadiqliyimizi gücləndirmək məqsədilə “Komplayens” formu təqdim edirik. İT və sistem inteqrasiyası üzrə tərəfdaşlarımıza göstərdiyimiz xidmətlərin keyfiyyətini artırmaq üçün sizin fikirləriniz bizim üçün olduqca önəmlidir.
Formu doldurduqdan sonra təqdim etdiyiniz məlumatlar müvafiq qaydada analiz ediləcək və qısa müddət ərzində sizinlə əlaqə saxlanılacaq.
Zəhmət olmasa, aşağıdakı məqamları nəzərə alın:
* Məlumatlar tam məxfi saxlanılır və anonimliyiniz təmin edilir.
* Daha effektiv araşdırma üçün ətraflı və əsaslandırılmış məlumat təqdim etməyiniz xahiş olunur. Əgər varsa, sübutları da əlavə edə bilərsiniz (məsələn, ekran görüntüsü, sənəd və s.).
* Bildirilən irad və ya təkliflər real və təsdiqlənə bilən faktlara əsaslanmalıdır. Yalan və ya saxta məlumat verməkdən çəkinməyiniz vacibdir.
Texnologiya və xidmət keyfiyyətində şəffaflığı dəstəklədiyiniz üçün təşəkkür edirik!