Endpoint Security | Cihazları necə qorumaq olar?

Kibertəhlükəsizlik müzakirələrində diqqət çox vaxt firewall, şəbəkə və server infrastrukturuna yönəlir. Halbuki real hücumların böyük hissəsi istifadəçinin gündəlik işlədiyi cihazdan başlayır.

Noutbuk, masaüstü kompüter, mobil cihaz, virtual maşın və hətta server – bütün bunlar hücumçu üçün potensial giriş nöqtəsidir. Məhz buna görə endpoint security müasir İT təhlükəsizlik arxitekturasının əsas qatlarından biri hesab olunur.

Burada məqsəd sadəcə zərərli proqramı bloklamaq deyil. Əsas məqsəd cihaz üzərində baş verən fəaliyyətləri izləmək, şübhəli davranışları erkən aşkar etmək, hücumun yayılmasının qarşısını almaq və insident zamanı cavab prosesini sürətləndirməkdir.

 

Endpoint security nədir?

Endpoint security korporativ şəbəkəyə qoşulan son istifadəçi cihazlarının və serverlərin qorunmasına yönəlmiş təhlükəsizlik yanaşmasıdır. Ənənəvi antivirus əsasən məlum zərərli proqram imzalarını aşkar edirdi. Müasir endpoint security həlləri isə daha geniş işləyir. Onlar proses davranışlarını, fayl dəyişikliklərini, şəbəkə əlaqələrini, istifadəçi fəaliyyətini, exploit cəhdlərini və şübhəli sistem əmrlərini analiz edə bilir. Başqa sözlə, sistem artıq yalnız “bu fayl virusdurmu?” sualını vermir. Daha vacib sual budur:

Bu cihazda hazırda normal olmayan nə baş verir?

 

Endpoint security niyə vacibdir?

İşçi cihazı hücumçu üçün çox əlverişli hədəfdir. Çünki burada həm istifadəçi fəaliyyəti, həm giriş məlumatları, həm korporativ fayllar, həm də daxili sistemlərə çıxış mövcuddur. Bir fişinq linki, saxta e-poçt əlavəsi və ya zəif parol hücumçuya ilkin giriş imkanı yarada bilər. Əgər cihaz üzərində düzgün endpoint security yoxdursa, həmin giriş sonradan daha böyük hücum zəncirinə çevrilə bilər.

Məsələn, komprometasiya olunmuş bir noutbukdan istifadə edərək hücumçu:

  • istifadəçi məlumatlarını ələ keçirə bilər;
  • daxili serverlərə keçid edə bilər;
  • privilegiyalı hesabları hədəfləyə bilər;
  • ransomware işə sala bilər;
  • məlumatları şifrələyə və ya kənara çıxara bilər.

Bu səbəbdən endpoint qorunması artıq lokal təhlükəsizlik məsələsi deyil. O, birbaşa biznes davamlılığı məsələsidir.

 

Endpoint security ilə antivirus arasında fərq nədir?

Bu iki anlayış tez-tez eyni mənada istifadə olunur, amma aralarında ciddi fərq var. Antivirus daha çox məlum zərərli proqramları aşkar etməyə fokuslanır. Endpoint security isə bundan daha geniş yanaşmadır.

Buraya aşağıdakı imkanlar daxil ola bilər:

  • anti-malware;
  • davranış əsaslı analiz;
  • exploit prevention;
  • device control;
  • web protection;
  • application control;
  • EDR;
  • central management;
  • threat hunting;
  • incident response.

Yəni antivirus endpoint security-nin yalnız bir komponenti ola bilər.

Müasir mühitdə təkcə signature-based antivirus istifadə etmək çox vaxt kifayət etmir. Çünki hücumçular legitim sistem alətlərindən istifadə edə, malware-i dəyişdirə və ya ümumiyyətlə faylsız hücum texnikalarına keçə bilirlər.

 

EDR endpoint security-ni necə gücləndirir?

EDR – Endpoint Detection and Response endpoint security arxitekturasının ən vacib hissələrindən biridir. EDR cihaz üzərində baş verən prosesləri davamlı şəkildə izləyir və hadisələr arasında əlaqə qurmağa çalışır. Məsələn, istifadəçi e-poçt əlavəsini açır. Sonra Office prosesi PowerShell başladır. PowerShell xarici IP ünvanına bağlantı qurur. Ardınca credential dump cəhdi baş verir. Bu hadisələrin hər biri ayrı-ayrılıqda təhlükəli görünməyə bilər. Amma EDR onları vahid hücum zənciri kimi qiymətləndirə bilər. Bu, endpoint security-ni passiv qoruma sistemindən aktiv aşkarlama və cavab platformasına çevirir.

 

Endpoint security hansı təhlükələrə qarşı qoruyur?

Müasir endpoint security həlləri müxtəlif hücum ssenarilərinə qarşı işləyə bilir.

Ransomware

Ransomware cihazdakı və şəbəkədəki faylları şifrələyərək biznes proseslərini dayandıra bilər. Endpoint security burada proses davranışlarını izləyərək kütləvi fayl dəyişikliklərini, şifrələmə cəhdlərini və şübhəli executable fəaliyyətini aşkarlaya bilər.

Fişinqdən sonra yaranan hücumlar

Fişinq çox vaxt yalnız başlanğıc nöqtəsidir. İstifadəçi saxta linkə daxil olduqdan və ya zərərli attachment açdıqdan sonra real hücum endpoint üzərində başlayır. Bu mərhələdə endpoint security şübhəli prosesləri bloklaya və ya cihazı şəbəkədən izolyasiya edə bilər.

Fileless attack

Bəzi hücumlar diskə klassik malware faylı yazmadan həyata keçirilir. Hücumçu PowerShell, WMI və ya digər legitim Windows alətlərindən istifadə edir. Belə hallarda davranış əsaslı endpoint security klassik antivirusdan daha effektiv ola bilər.

Credential theft

İstifadəçi hesablarının və privilegiyalı credential-ların oğurlanması hücumçunun şəbəkə daxilində lateral movement etməsinə şərait yaradır. Endpoint security bu tip şübhəli fəaliyyətləri müəyyən edə və SOC komandasına xəbərdarlıq göndərə bilər.

 

Endpoint security yalnız kompüterlər üçün deyil

Endpoint anlayışı çox vaxt yalnız işçi kompüteri ilə assosiasiya olunur. Amma müasir İT mühitində endpoint daha geniş anlayışdır.

Buraya daxil ola bilər:

  • Windows və macOS cihazları;
  • Linux workstation-lar;
  • serverlər;
  • virtual maşınlar;
  • mobil cihazlar;
  • remote worker cihazları.

Xüsusilə hybrid work modelində endpoint security daha kritik olur. İşçi artıq həmişə ofis şəbəkəsində deyil. O, evdən, səfərdən və ya ictimai şəbəkədən korporativ resurslara qoşula bilər. Belə mühitdə perimetr təhlükəsizliyi kifayət etmir. Qoruma cihazın özündə olmalıdır.

 

Endpoint security mərkəzləşdirilmiş idarə olunmalıdır

100 və ya 500 cihaz olan infrastrukturda təhlükəsizliyi cihaz-cihaz idarə etmək real deyil. Müasir endpoint security platformaları central management console təqdim edir. Bu panel vasitəsilə İT və təhlükəsizlik komandası:

  • agent statuslarını izləyə;
  • policy tətbiq edə;
  • threat alert-ləri görə;
  • cihazları izolyasiya edə;
  • incident timeline analiz edə;
  • remediation əməliyyatları həyata keçirə bilər.

Bu, yalnız təhlükəsizliyi artırmır, eyni zamanda əməliyyat yükünü də azaldır.

 

Endpoint security seçərkən nələrə diqqət etmək lazımdır?

Bazarda çox sayda endpoint security həlli mövcuddur. Amma seçim yalnız vendor adına və ya məhsul xüsusiyyətlərinə əsaslanmamalıdır.

Əsas sual budur:

Bu həll mövcud infrastruktur və risk modelinizə uyğundurmu?

Visibility səviyyəsi

Platforma endpoint üzərində hansı hadisələri göstərə bilir? Sadəcə malware alert verir, yoxsa proses, user, network və file activity arasında əlaqə qurur?

Detection keyfiyyəti

Çox alert vermək yaxşı təhlükəsizlik demək deyil. Əgər sistem davamlı false positive yaradırsa, real threat-lərin görünməsi çətinləşə bilər.

Response imkanları

Threat aşkar edildikdən sonra nə etmək mümkündür?

Cihaz şəbəkədən izolyasiya edilə bilərmi?

Process kill, file quarantine və remote remediation mümkündürmü?

SIEM və digər sistemlərlə inteqrasiya

Endpoint security ayrıca ada kimi işləməməlidir. SIEM, IAM, PAM və digər təhlükəsizlik platformaları ilə inteqrasiya ümumi visibility-ni artırır.

 

Endpoint security və SIEM birlikdə necə işləyir?

Endpoint security cihaz səviyyəsində detallı məlumat verir. SIEM isə endpoint-lərdən gələn hadisələri firewall, Active Directory, server və digər mənbələrdən gələn loglarla birləşdirir. Bu inteqrasiya hücumun daha geniş kontekstdə görülməsinə imkan verir.

Məsələn: Endpoint üzərində şübhəli PowerShell fəaliyyəti aşkar edilir. Eyni istifadəçi hesabı bir neçə dəqiqə sonra qeyri-adi serverə daxil olur. Daha sonra firewall xarici IP-yə anomal trafik qeydə alır. Bu məlumatlar ayrı-ayrılıqda fərqli sistemlərdə görünə bilər. SIEM onları birləşdirərək real incident haqqında daha aydın təsəvvür yaradır.

 

Endpoint security qurarkən ən çox edilən səhvlər

Endpoint security agentinin quraşdırılması işi bitmiş hesab etmək düzgün deyil. Ən çox rast gəlinən səhvlərdən biri policy-lərin default vəziyyətdə saxlanılmasıdır.

Hər biznesin tətbiqləri, istifadəçi davranışı və risk səviyyəsi fərqlidir. Eyni policy bütün departamentlərə uyğun olmaya bilər.  Digər problem coverage-dir. Əgər cihazların bir hissəsində agent aktiv deyil və ya uzun müddətdir console-a qoşulmur, təhlükəsizlikdə görünməyən boşluq yaranır. Eyni zamanda alert-lərin monitorinq edilməməsi ciddi problemdir. Sistem təhlükəni aşkar edə bilər. Amma heç kim həmin alert-i analiz etmirsə, detection real müdafiəyə çevrilmir.

 

Endpoint security Zero Trust yanaşmasında hansı rolu oynayır?

Zero Trust yalnız istifadəçinin kimliyini yox, cihazın təhlükəsizlik vəziyyətini də nəzərə alır. İstifadəçi düzgün parol və MFA ilə daxil olsa belə, cihaz komprometasiya olunubsa həmin giriş riskli ola bilər. Bu səbəbdən endpoint security Zero Trust modelində device trust üçün əsas mənbələrdən biridir. Cihazın agent statusu, patch səviyyəsi, threat statusu və compliance vəziyyəti access qərarlarında istifadə edilə bilər. Beləliklə, giriş sadəcə “kimdir?” sualına əsaslanmır. “Kimdir, hansı cihazdan qoşulur və həmin cihaz təhlükəsizdirmi?” sualı əsas olur.

 

B2B Group endpoint security yanaşmasını necə qurur?

B2B Group üçün endpoint security yalnız agent quraşdırılması deyil. Yanaşma mövcud cihaz parkının, istifadəçi qruplarının, əməliyyat sistemlərinin və risk səviyyəsinin qiymətləndirilməsi ilə başlayır. Daha sonra uyğun security policy-lər, EDR funksiyaları, monitoring, response workflow və digər təhlükəsizlik sistemləri ilə inteqrasiya planlaşdırılır. Burada əsas məqsəd osə endpoint-lərdə baş verən hadisələri görünən etmək, təhlükəni erkən aşkar etmək və insident zamanı texniki komandaya real cavab imkanları verməkdir.

 

Endpoint security davamlı prosesdir

Yeni cihazlar şəbəkəyə əlavə olunur.

İşçilər dəyişir.

Proqram təminatları yenilənir.

Hücum texnikaları inkişaf edir.

Ona görə də endpoint security birdəfəlik layihə deyil. Agent coverage, policy tuning, alert review, threat hunting və sistem inteqrasiyaları davamlı şəkildə yoxlanılmalıdır.

Doğru qurulmuş endpoint security infrastrukturu təhlükənin qarşısını yalnız cihaz səviyyəsində almır. O, ümumi kibertəhlükəsizlik arxitekturasının visibility və response imkanlarını da gücləndirir.

 

Endpoint-lərinizi real risklərə qarşı qoruyun

Korporativ cihazlarınızın nə qədər qorunduğunu yalnız antivirusun aktiv olub-olmaması ilə qiymətləndirmək kifayət deyil. Düzgün qiymətləndirmə üçün B2B Group ilə əlaqə saxlayın. Mövcud endpoint infrastrukturunuzu analiz edək, riskləri müəyyənləşdirək və biznesiniz üçün uyğun endpoint security arxitekturasını formalaşdıraq.

 

DAHA ÇOXUNA BAX: İT təhlükəsizlik həlləri | Biznes üçün ağıllı müdafiə

“Endpoint Security | Cihazları necə qorumaq olar?” haqqında bir fikir

Şərhlər bağlıdır.