Kompüter seçimi

Kompüter seçimi məsələsi çox vaxt rəhbərlərin beynini məşğul edən, lakin bir az da “soruşmağa utanılan” suallardandır. B2B Group olaraq bu məsələni sizin üçün sadə, aydın və praktik şəkildə izah edirik:

Necə bir kompüter alaq ki, həm işi görsün, həm büdcəni aşmasın, həm də əməkdaş “mənim kompüterim donur!” şikayəti etməsin?

İlk sual: Bu kompüterlə nə edəcəklər?

Əməkdaşlara kompüter almazdan əvvəl əsas məsələ onların iş tərzini və texniki tələblərini düzgün müəyyənləşdirməkdir. Əgər sizdə bu məlumatlar artıq varsa – məsələn, vəzifə öhdəlikləri barədə, əla. Yoxdursa, kiçik bir sorğu keçirmək işinizi çox asanlaşdıracaq.

 

Sadə ofis işləri üçün kompüter tələbləri

Əgər əməkdaş əsasən Word, Excel, e-poçt, Zoom kimi sadə ofis proqramlarında işləyirsə, onun üçün oyun kompüteri almağa ehtiyac yoxdur. Belə hallarda:

  • Processor: Minimum Intel i3 və ya Ryzen 3
  • RAM: 8 GB
  • Yaddaş: 256 GB SSD (diqqət – SSD, çünki HDD ilə kompüter açılana qədər çay dəmləyib içmək olurI 😊 )

Bu tələblər əməkdaşın gündəlik işini problemsiz yerinə yetirməsi üçün kifayət edəcək.

 

Dizayn və montaj üçün kompüter

Əgər əməkdaşınız dizaynla, video montajla və ya 3D modelləmə ilə məşğuldursa, məsələn, “Mən AutoCAD-də işləyirəm” deyirsə, o zaman məsələyə daha ciddi yanaşmaq lazımdır. Belə hallarda:

  • Processor: Minimum Intel i5 və ya Ryzen 5
  • RAM: 16 GB və yuxarı
  • Videokart: Dedicated (NVIDIA və ya AMD)

Əks halda dizayneriniz sakitcə oturub öz-özünə “bu nədi alıblar mənə…” deyə deyinə bilər.

 

Remote və ofis işçiləri üçün kompüter seçimi

Remote və hibrid modeldə işləyən əməkdaşlar üçün yüngül, portativ və güvənli cihazlar daha məqsədəuyğundur. Belə işçilər bəzən “evdə işləyirəm” deyə-deyə dəniz qırağında laptopla çay içirlər, ona görə də:

  • Uzun ömürlü batareya
  • Yaxşı keyfiyyətli kamera və mikrofon
  • Yüngül çəki və möhkəm korpus

bu kriteriyaları nəzərə almaq vacibdir.

 

Kompüter seçimi zamanı diqqət edilməli əsas məqamlar

Əməkdaşlara kompüter seçərkən üç əsas meyarı unutmayın:

  1. İşin ağırlığına uyğun texniki göstəricilər
  2. Real büdcə
  3. Gələcəyə yönəlik dayanıqlı seçim

Yəni elə kompüter alın ki, əməkdaş “Bu kompüterlə işləmək zövqdü!” desin, yoxsa əks halda texniki problemlər produktivliyi azalda bilər.

 

Tövsiyəmiz:

Əgər bütün bu detalları nəzərə almaq sizə çətin gəlirsə və ya vaxtınız yoxdursa, B2B Group-un peşəkar komandası olaraq sizə uyğun kompüterləri iş sahəsinə və büdcəyə əsasən seçməkdə kömək edə bilərik. Bizimlə əlaqə saxlayın, düzgün seçimlə əməkdaşlarınız daha məhsuldar işləsin, siz isə əlavə texniki problemlərlə vaxt itirməyin.

Unutmayın ki, doğru kompüter seçimi, yüksək performans və məmnun əməkdaş deməkdir!

 

DAHA ÇOXUNA BAX: Fluke Test ilə Şəbəkə Keyfiyyətinə Nəzarət

 

Etiketlər Kateqoriyalar Tövsiyələr Xidmətlər

Əməkdaşlar üçün kompüter seçimi zamanı vacib məqamlar” haqqında bir fikir

Şərh yazın