Huawei - B2B Group. Mükafatlandırılma

Huawei Azerbaijan Partner Summit 2026 çərçivəsində növbəti uğur

B2B Group olaraq Huawei Azerbaijan tərəfindən təşkil olunan Partner Summit 2026 tədbirində iştirak etdik və tərəfdaşlıq çərçivəsində göstərdiyimiz təşəbbüslər və həyata keçirdiyimiz texnoloji layihələrə görə mükafata layiq görüldük.

Mükafatlandırılma Accelerating the Intelligent World - B2B Group

 

Bu il “Accelerating the Intelligent World” mövzusu altında keçirilən tədbirdə süni intellekt (AI), rəqəmsal transformasiya, bulud texnologiyaları və korporativ infrastruktur həllərinin gələcək inkişaf istiqamətləri geniş şəkildə müzakirə olundu. Tədbir çərçivəsində sənayenin aparıcı tərəfdaşları ilə birlikdə biznes ekosistemlərinin transformasiyası, innovativ həllərin tətbiqi və texnoloji adaptasiya prosesləri ətrafında fikir mübadiləsi aparıldı.

Strateji tərəfdaşlığın nəticəsi

B2B Group-un layiq görüldüyü mükafat, şirkətimizin sistem inteqrasiyası, korporativ şəbəkə infrastrukturu və rəqəmsal həllər sahəsində göstərdiyi ardıcıl fəaliyyətin nəticəsidir. Bu tanınma, tərəfdaşlarımız üçün qurduğumuz dayanıqlı və etibarlı İT arxitekturalarının, eləcə də müştərilərimiz üçün yaratdığımız real biznes dəyərinin göstəricisidir.

B2B Group olaraq inanırıq ki, güclü texnoloji tərəfdaşlıqlar və davamlı innovasiya yanaşması gələcəyin ağıllı ekosistemlərinin formalaşmasında əsas rol oynayır. Huawei ilə əməkdaşlığımız çərçivəsində qarşıdakı dövrdə də korporativ tərəfdaşlar üçün yüksək səviyyəli, təhlükəsiz və miqyaslana bilən həllər təqdim etməyə davam edəcəyik.

Tərəfdaşımıza göstərdiyi etimada görə təşəkkür edir və birgə uğurlarımızın davamlı olacağına inanırıq.

 

DAHA ÇOXUNA BAX: Cisco “2025 Technology Innovator of the Year” | B2B Group

 

 

 

Site by Zynergy