
Bir çox şirkətdə texniki infrastruktur görünüşcə qaydasında olur. Məsələn, kompüter işləyir, deməli, sistem yaxşıdır. Printer çap edir, deməli, heç bir nasazlıq yoxdur. Wi-Fi işləyir, deməli, ofis müasir görünür.
Amma bəs görünməyən problemlər necə?
Texnologiya sahəsində ən təhlükəli hissə məhz budur. Problem hələ üzə çıxmayıb deyə, yoxdur sanmaq.
İT sistemi orqanizm kimidir
İT sistemi bəzən insan orqanizminə bənzəyir. İnsanın vəziyyəti zahirən normal görünə bilər, amma içəridə ciddi bir problem baş verir. Bu isə yalnız analiz nəticəsində məlum olur.
İT audit də eynilə bu funksiyanı yerinə yetirir. Sisteminizin daxili sağlamlığını yoxlayır.
Kiçik şirkətlər də hədəf ola bilər
Bəzi rəhbərlər düşünür ki, “bizim şirkət onsuz da balacadır, nə məlumatımızı oğurlayacaqlar ki?” Bu, təhlükəli bir yanılmadır. Axı hackerlər üçün əsas meyar zəiflikdir, böyüklük yox.
Düşünün:
- Firewall qaydaları sonuncu dəfə 2019-da yenilənib
- Admin parolu hələ də “admin123”-dür
- Backup sistemi mövcuddur, amma haraya yazılır, bilinmir
- Məlumatlar köhnə bir laptopda saxlanılır və onun ekranı yapışqanla birləşdirilib 🙂
Bu, sizin biznesinizin texnoloji əsaslarının nə qədər zəif olduğunu göstərən nümunələrdir. Bu cür boşluqlar kiberhücumlara yol açır və nəticədə maddi və imic itkisinə səbəb ola bilər.
İT audit yoxlamadır, tənqid deyil!
İT audit tənqid deyil, sadəcə texnoloji sağlamlıq yoxlamasıdır. Necə ki, insanlar həkimə sadəcə xəstələndiyi üçün yox, profilaktik analiz üçün də gedir, eyni yanaşma burada da keçərlidir.
Audit sizə deyir:
- Hansı sistemlər köhnəlib?
- Hansı parollar risklidir?
- Hansı proqramlar boş yer tutur?
- Hansı cihazlar, hansı girişlər təhlükə yaradır?
Və bu cavablar sizə texniki dildə yox, başa düşülən və idarəçilər üçün uyğun formatda təqdim olunur.
Risklərə qarşı hazır olmaq
İT auditin əsas məqsədi təhlükələri əvvəlcədən müəyyən edib onların qarşısını almaqdır. Çünki kiberhücumlar, məlumat itkisi, sistem çökməsi və s. problemlər ancaq baş verəndə yox, öncədən təhlil olunanda həll olunur.
Daimi auditm sizə aşağıdakı üstünlükləri qazandırır:
- Rəhbərlik üçün texniki məsələlərdə şəffaflıq
- Sistemlərin modernləşdirilməsi üçün əsaslı planlama
- Kiberhücumlara qarşı dayanıqlılıq
- İşçilərin və müştərilərin məlumat təhlükəsizliyinə inamı
Ümimiləşdirsək,
İT audit çox vaxt ehtiyac olmadığını düşünən şirkətlər üçün ən vacib ehtiyaclardan biridir. Unutmayın ki, texnologiyada görünməyən risklər ən təhlükəliləridir. Problemin üzə çıxmasını gözləməyin, onları qabaqlayın.
Təhlükəni gözləmə, yoxlat, rahat yaşa.
İT audit xidmətinə ehtiyacınız olduğunu düşünürsünüzsə və ya əmin deyilsinizsə, B2B Group-un peşəkar komandası olaraq sizə sistemlərinizi analiz edib, riskləri müəyyənləşdirməkdə və texniki infrastrukturu gücləndirməkdə kömək edə bilərik. İT audit ilə bağlı peşəkar dəstək axtarırsınızsa, indi bizimlə əlaqə saxlayın və sistemlərinizi etibarlı əllərə həvalə edin.
DAHA ÇOXUNA BAX: Server nədir? Sadə və başa düşülən izah