Mingəçevir Dövlət Universitetinin tələbələri B2B Group-da praktiki tanışlıq keçiblər
Mingəçevir Dövlət Universitetinin tələbələri B2B Group-un server otağı ilə tanış olaraq real İT infrastrukturunun iş prinsipini yerində müşahidə ediblər.
Praktiki tanışlıq çərçivəsində tələbələr server avadanlıqları, şəbəkə infrastrukturu və sistemlərin idarə olunması mövzuları üzrə ilkin biliklər əldə ediblər. Real mühitdə bu texnologiyalarla tanışlıq onların peşəkar inkişafı və gələcək karyeralarında daha hazırlıqlı olmaları baxımından əhəmiyyətli təcrübədir.
B2B Group olaraq gənc mütəxəssislərin inkişafına dəstək verməyi, biliklərini praktik mühitdə tətbiq etmələrinə şərait yaratmağı və karyera yolunda doğru istiqamətlənmələrinə töhfə verməyi prioritet hesab edirik. Eyni zamanda, İT sahəsində qadınların və gənc qızların daha aktiv iştirakını təşviq etmək və onların inkişafı üçün imkanların genişlənməsinə dəstək olmaq da fəaliyyət istiqamətlərimizdə xüsusi yer tutur.
DAHA ÇOXUNA BAX: Huawei Azerbaijan Partner Summit 2026 | B2B Group