Palo Alto Networks Cortex Platforması üzrə texniki seminar keçirildi

B2B Group və BAKOTECH tərəfdaşlığı çərçivəsində Palo Alto Networks Cortex Platformasına həsr olunmuş eksklüziv texniki seminar baş tutdu.

Seminarın açılış hissəsi BAKOTECH şirkətinin regional meneceri Mənzər Həsənova və B2B Group-un satış və marketinq departamentinin direktoru Samir Poladov tərəfindən həyata keçirildi. Açılış nitqlərində tərəfdaşlıq çərçivəsində təşkil olunan bu sessiyanın kibertəhlükəsizlik ekosistemi üçün önəmi, həmçinin Palo Alto Networks həllərinin bizneslərin təhlükəsizlik dayanıqlığının gücləndirilməsində rolu vurğulandı.

Ənənəvi təqdimat formatından fərqli olaraq, seminar iştirakçılara Cortex ekosistemini, XDR, XSOAR və XSIAM həllərini nəzarət olunan laboratoriya mühitində praktiki şəkildə test etmək imkanı yaratdı.

BAKOTECH şirkətinin satış üzrə mühəndisi Fərhan Əliyev tərəfindən keçirilən texniki sessiyada müasir SOC əməliyyatlarının reaktiv təhlükəsizlik modelindən proaktiv müdafiə yanaşmasına transformasiyası, insidentlərin daha çevik aşkarlanması, avtomatlaşdırılmış cavab mexanizmləri və təhlükəsizlik proseslərinin optimallaşdırılması real ssenarilər üzərindən nümayiş etdirildi.

Seminar çərçivəsində Palo Alto Networks Cortex Platformasının kibertəhlükəsizlik komandalarına əməliyyat səmərəliliyini artırmaq, görünürlüyü gücləndirmək, riskləri daha sistemli idarə etmək və mürəkkəb təhlükə mühitində daha operativ qərarlar qəbul etmək istiqamətində yaratdığı strateji üstünlüklər müzakirə olundu.

B2B Group olaraq qabaqcıl texnologiya tərəfdaşlarımızla birlikdə bizneslərin kibertəhlükəsizlik dayanıqlığını gücləndirən bilik, təcrübə və innovativ həllərin paylaşılmasına töhfə verməyə davam edirik.

 

DAHA ÇOXUNA BAX: Huawei Azerbaijan Partner Summit 2026 | B2B Group

Site by Zynergy